İqtisadiyyat İnstitutunun 60 illik yubileyinə həsr olunan kitab işıq üzü görüb 11.01.2019 11:07 / KONFRANSLAR, İCLASLAR

“AMEA İqtisadiyyat İnstitutu - 60: keçdiyimiz və getdiyimiz yol” kitabı çapdan çıxıb.

İnstitutun 60 illik yubileyi münasibətilə hazırlanan nəşrin redaktoru müəssisənin direktoru, i.e.d., professor Nazim İmanov, tərtibçisi i.f.d., dosent Rəsmiyyə Abdullayevə, nəşrə məsul şəxs isə Minarə Ağayevadır. 

Kitab Azərbaycanda fundamental və tətbiqi iqtisadi araşdırmaların əsas mərkəzlərindən biri olan İqtisadiyyat İnstitutunun 18 oktyabr 2018-ci il tarixində 60 illik yubileyinə həsr olunmuş iclasının materialları əsasında hazırlanıb. Yubiley tədbirlərinin keçirilməsini nəzərdə tutan rəsmi qərarlar, həmçinin institut əməkdaşlarının təltif edilməsi haqqında ölkə başçısının fərmanları da kitaba daxil olunub.

Nəşr müəssisənin keçmişi və bu günü barəsində məlumat verməklə yanaşı, yaxın gələcək üçün müəyyənləşdirilən hədəf və vəzifələr haqqında da müəyyən təsəvvür yaradır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.