Botanika İnstitutu Moskva Dövlət Universitetinin Biologiya fakültəsi ilə əməkdaşlıq edəcək 10.01.2019 15:18 / KONFRANSLAR, İCLASLAR

AMEA-nın Botanika İnstitutu ilə Moskva Dövlət Universitetinin Biologiya fakültəsi arasında elmi əməkdaşlığa dair müqavilə imzalanıb.

Müqaviləni institutun direktoru, akademik Validə Əlizadə və fakültənin dekanı, akademik Mixail Kirpiçnikov imzalayıblar.

Sənədə əsasən, tərəflər göbələk, yosun və bitkilərin sistematikası, filogeniyası, ekologiyası, fiziologiyası və biokimyası sahələri üzrə birgə tədqiqatlar aparmaq, təbii nümunələr, herbari nüsxələri və təmiz kulturaları mübadilə etmək, birgə layihələr reallaşdırmaq, toplantı, seminar və konfranslar keçirmək barədə razılığa gəliblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.