Kazan Federativ Universitetinin əməkdaşları Əlyazmalar İnstitutunda qorunan qədim əlyazmalarla tanış olublar 10.01.2019 09:57 / KONFRANSLAR, İCLASLAR

Kazan Federativ Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunun elmi katibi, filologiya elmləri namizədi Alsu Şaripova və həmin institutun Sosial-humanitar elmlər üzrə xarici dillər kafedrasının dosenti, filologiya elmləri namizədi Landış Yuzmuxametova AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.

İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov qonaqlara müəssisənin keçdiyi yol, burada əlyazmaların toplanması, mühafizəsi və bərpası istiqamətində görülən işlər və şöbələrin fəaliyyəti barədə məlumat verib.

P.Kərimov Əlyazmalar İnstitutunun formalaşmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olduğunu qeyd edib. Direktor müavini, həmçinin müstəqillik dövründə müəssisənin beynəlxalq əlaqələrinin genişləndiyini vurğulayıb.

Daha sonra qonaqlar institutun ekspozisiya zalında nümayiş olunan qədim əlyazmalarla tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.