Naxçıvan Bölməsinin 2019-cu il üçün iş planı təsdiqlənib 04.01.2019 14:39 / KONFRANSLAR, İCLASLAR

AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin cari ildə ilk iclası keçirilib.

Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq Rəyasət Heyətinin və elmi-tədqiqat müəssisələrinin 2019-cu il üçün nəzərdə tutulan iş planlarını açıqlayıb. İ.Hacıyev aparılacaq tədqiqatların elmi səmərəliliyini yüksəltmək üçün institut direktorlarına müvafiq tapşırıq və tövsiyələrini verib.

Sonra 40 maddədən ibarət iş planı və mövzular bölmənin Rəyasət Heyətində müzakirə olunaraq təsdiqlənib.

İclasda, həmçinin akademiyanın prezidenti, akademik Akif Əlizadənin “AMEA-nın elmi müəssisə və təşkilatlarında iş vaxtının uçotunun aparılmasının təmin edilməsi barədə” sərəncamından da danışılıb. Sözügedən sərəncamdan irəli gələn məsələlərlə bağlı bölmənin Maliyyə-iqtisad və mühasibat uçotu şöbəsinin rəisi Hənifə Hənifəyev məlumat verib.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.