Gənc bioloqların qış məktəbi keçiriləcək 04.01.2019 10:28 / KONFRANSLAR, İCLASLAR

2019-cu ilin fevral ayında Bakıda biologiya və tibb elmləri sahəsində tədqiqat aparan gənc alim və mütəxəssislər, həmçinin magistrant, doktorant və dissertantlar üçün “Gənc bioloqların qış məktəbi – 2019” adlı tədbir keçiriləcək.

Tədbir AMEA-nın Biologiya və Tibb Elmlər BölməsiGənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə baş tutacaq.

Bir həftə davam edəcək qış məktəbində gənc bioloqlar müxtəlif formatlı elmi disputlar aparacaq, biologiya və tibb elmlərinin mütərəqqi prioritetlərinə dair biliklərini təkmilləşdirəcəklər. Bundan əlavə, bölməyə daxil olan elmi müəssisələrdə aparılan tədqiqatların, eləcə də həmin təşkilatlarda fəaliyyət göstərən beynəlxalq qruplar ilə müştərək yerinə yetirilən araşdırmaların nəticələri müzakirə ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.