BMT-nin və AR Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri İdarəetmə Sistemləri İnstitutunda olublar 07.12.2018 11:24 / KONFRANSLAR, İCLASLAR

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) torpaq və su hövzələri üzrə eksperti Rikkardo Biankalani, layihə koordinatoru Əfsanə Lətifova və AR Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda (İSİ) olublar.

İSİ-nin direktoru, akademik Telman Əliyevlə görüşdə qonaqlara müəssisədə həyata keçirilən “Artezian quyularının nəzarət, diaqnostika və idarəetmə sistemlərinin effektivliliyinin yüksəldilməsi üçün intellektual metodların işlənilməsi və tətbiqi” və “Regionda su hövzələrinin qorunması və baş verəcək təbii fəlakətlərin nəticələri və risklərin azaldılması məqsədi ilə intellektual seysmo akustik erkən xəbərdarlıq sisteminin yaradılması” layihələri barədə məlumat verilib.

Bundan əlavə, İSİ, FAO və nazirliyin mərkəzi arasında gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.