Torpaq və su ehtiyatlarının idarə edilməsi və ətraf mühitin mühafizəsi problemləri üzrə Elmi şuranın növbəti iclası keçirilib 06.12.2018 14:09 / KONFRANSLAR, İCLASLAR

Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Torpaq və su ehtiyatlarının idarə edilməsi və ətraf mühitin mühafizəsi problemləri üzrə Elmi şurasının növbəti iclası keçirilib.

Əvvəlcə şuranın sədri AMEA-nın müxbir üzvü Amin İsmayılov çıxış edərək BMT Baş Assambleyasının qərarı ilə təsdiq olunmuş 5 dekabr - Dünya Torpaq Günü barədə məlumat verib.  Bildirib ki, torpaq ehtiyatlarının davamlı idarə edilməsini müdafiə etmək üçün Dünya Torpaq Günü təsis edilib. 

A.İsmayılov daha sonra noyabr ayında Romada (İtaliya) FAO-nun baş ofisində torpaq informasiya sistemi üzrə qlobal layihələrə həsr olunmuş simpoziumda iştirakı ilə bağlı məlumat verib.

Tədbirdə akademik Məhərrəm Babayev müasir torpaqşünaslığın aktual problemlərindən biri olan torpaq deqradasiyasına dair məruzəsini təqdim edib.

Daha sonra Elmi şuraya təqdim olunmuş fəlsəfə və elmlər doktorluğu hazırlığı üzrə doktorant və dissertantların dissertasiya mövzuları müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.