"Elm və İnnovasiya" proqramının növbəti buraxılışı ölkəmizdə Fizika elminin inkişafına həsr olunacaq 04.12.2018 15:23 / KONFRANSLAR, İCLASLAR

4 dekabr 2018-ci il tarixində saat 22:35-də AzTV kanalında "Elm və İnnovasiya" elmi-publisistik proqramının növbəti buraxılışı yayımlanacaq.

Veriliş Azərbaycanda fizika sahəsində aparılmış tədqiqatlara, bu istiqamətdə əldə olunmuş nailiyyət və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunub. Proqramın qonaqları AMEA-nın Fizika İnstitutunun direktor müavinləri, akademik Cavad Abdinov və professor Ayaz Bayramovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.