Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyi AMEA-da qeyd olunacaq 04.12.2018 12:20 / KONFRANSLAR, İCLASLAR

Dekabrın 6-da saat 16:00-da AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, Azərbaycan və Rusiyanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı, professor Tahir Salahovun anadan olmasının 90 illiyinə həsr olunan elmi sesssiya keçiriləcək.

AMEA-nın Humanitar Elmlər Bölməsi və Memarlıq və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə "Tahir Salahovun yaradıcılığında roman mədəniyyəti ölkələri", "Tahir Salahovun yaradıcılığında Rusiya mövzusu", "Tahir Salahov: rəssam və zaman" mövzusunda məruzələr dinləniləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.