Şərqşünaslıq İnstitutunun 60 illik yubileyi qeyd olunacaq 28.11.2018 11:37 / KONFRANSLAR, İCLASLAR

Dekabrın 11-də saat 11:00-da AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun 60 illiyinə həsr olunan yubiley yığıncağı keçiriləcək.

AMEA-nın Əsas binasında baş tutacaq tədbirdə bu elm ocağının fəaliyyət göstərdiyi müddətdə Şərq ölkələrinin dili, tarixi, dini-fəlsəfi irsinin tədqiqi, mədəniyyəti, sosial-ictimai durumu ilə bağlı araşdırmalardan, Azərbaycan elminə verdiyi dəyərli töhfələrdən bəhs olunacaq, həmçinin institutda çalışmış görkəmli şərqşünas alimlərin həyat yolu, onların yaradıcılığı barədə müfəssəl məlumat veriləcək.

Mərasimdə görkəmli dövlət və elm xadimləri, ictimai və beynəlxalq təşkilatların nümayəndələri, xarici ölkələrdən gəlmiş qonaqlar iştirak edəcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.