“Şərqdə ilk demokratik respublika və onun Azərbaycan tarixində yeri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək 26.11.2018 09:35 / KONFRANSLAR, İCLASLAR

Noyabrın 30-dan dekabrın 1-dək AMEA-nın Tarix İnstitutu və "Azərbaycan Tarix Qurumu" İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Şərqdə ilk demokratik respublika və onun Azərbaycan tarixində yeri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Tədbir Azərbaycan Xalq Cümhuriyyətinin 100 və “Azərbaycan Tarix Qurumu” İctimai Birliyinin 25 illiklərinə həsr olunub.

Elmi konfransda iştirak üçün Azərbaycan tarixçiləri ilə yanaşı, Türkiyə, Rusiya, Albaniya, Özbəkistan və başqa ölkələrin alimləri də məruzələrini təqdim ediblər.

Beynəlxalq tədbirin açılış mərasimi noyabrın 30-da saat 10:00-da AMEA-nın Əsas binasının kiçik akt zalında olacaq.

Konfrans “Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şanlı səhifəsidir” və “Cümhuriyyət dövründə Azərbaycan beynəlxalq münasibətlərdə” bölmələrində fəaliyyət göstərəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.