AMEA ilə Dövlət Sərhəd Xidməti arasında niyyət sazişi imzalanıb 07.11.2018 17:00 / KONFRANSLAR, İCLASLAR

Noyabrın 7-də Dövlət Sərhəd Xidməti (DSX) ilə AMEA arasında niyyət sazişinin imzalanması mərasimi keçirilib. Sazişdə AMEA-nın Yüksək Texnologiyalar Parkında dövlət sərhədinin mühafizəsi təyinatlı müxtəlif növ silahların, döyüş sursatlarının, mühəndis-texniki sistemlərin və qoruyucu hərbi geyim formalarının hazırlanması üzrə əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulub.

Sənədi AMEA-nın prezidenti, akademik Akif Əlizadə və DSX-nın rəisi, general-polkovnik Elçin Quliyev imzalayıblar.

A.Əlizadə və E.Quliyev tədbirdə çıxış edərək dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili üçün müasir texniki nailiyyətlərin tətbiqinin xüsusi əhəmiyyətini vurğulayıb, birgə fəaliyyətin uğurla davam etdirilməsi sayəsində qarşıya qoyulan məqsədlərə nail olunacağına əminliklərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.