Bu gün "Elm və İnnovasiya" elmi-publisistik proqramının növbəti buraxılışı yayımlanacaq 07.11.2018 15:43 / KONFRANSLAR, İCLASLAR

7 noyabr 2018-ci il tarixində saat 21:35-də AzTV kanalında "Elm və İnnovasiya" elmi-publisistik proqramının növbəti buraxılışı yayımlanacaq. Veriliş Azərbaycanda inklüziv inkişaf və innovativ idarəetmə texnologiyaları sahəsində aparılan tədqiqatlara, bu sahədə əldə olunan nailiyyətlərə, o cümlədən qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunub.

Proqramın qonağı Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasıın rektoru, akademik Urxan Ələkbərovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.