“Türk dillərinin milli korpusları” adlı monoqrafiya çapdan çıxıb 07.11.2018 11:03 / KONFRANSLAR, İCLASLAR

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının qərarı ilə filologiya üzrə elmlər doktoru, professor Məsud Mahmudovun “Türk dillərinin milli korpusları” monoqrafiyası “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

Monoqrafiyanın elmi redaktoru və “Ön söz”ün müəllifi akademik Nizami Cəfərov, rəyçiləri akademiklər Telman ƏliyevMöhsün Nağısoylu, AMEA-nın müxbir üzvü Məsumə Məmmədova, professorlar Nadir Məmmədli, Sayalı Sadıqova, filologiya üzrə elmlər doktorları Kamilə Vəliyeva və İlham Tahirovdur.

Kitab dilçiliklə də­qiq elmlərin (kibernetika, riyaziyyat, proqramlaşdırma, sta­tis­ti­ka və s.) qovuşma nöqtəsində yaranmış və sürətlə inkişaf et­mək­də olan yeni dilçiliyə – korpus dilçiliyinə həsr olunub.

Monoqrafiyada dil korpuslarının qurulması, mətnlərin toplanması və yerləşdirilməsi, eləcə də korpus materialından tədqiqat prosesində müxtəlif məqsədlərlə istifadə olunması məsələləri şərh olunur, Azərbaycan dilinin milli korpusunun yaradılması ilə bağlı aparılmış işlər barədə məlumat verilir.

Yeni nəşr nəzəri və tətbiqi dilçiliyin ən yeni sahələri və aktual problemləri ilə maraqlananlar üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.