Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 85 illik yubileyi qeyd olunacaq 06.11.2018 15:38 / KONFRANSLAR, İCLASLAR

Noyabrın 15-də saat 10:00-da AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 85 illiyinə həsr olunan yubiley yığıncağı keçiriləcək.

Mərkəzi Elmi Kitabxanada baş tutacaq tədbirdə ədəbiyyatşünaslıq elminin baş qərargahı funksiyasını yerinə yetirən institutun şərəfli tarixi, fəaliyyət göstərdiyi müddətdə Azərbaycan elminə verdiyi dəyərli töhfələr, milli ədəbi nümunələrimizin tədqiqi, öyrənilməsi və təbliği istiqamətindəki rolundan bəhs olunacaq. Həmçinin bu elmi-tədqiqat müəssisəsində çalışmış görkəmli ədəbiyyatşünas alimlərin həyat yolu, onların yaradıcılığı barədə müfəssəl məlumat veriləcək.

Mərasimdə Milli Məclisin deputatları, tanınmış elm, ədəbiyyat və mədəniyyət xadimləri, xarici ölkələrdən gəlmiş qonaqlar iştirak edəcəklər.

Ünvan: Bakı ş., H.Cavid pr., 129

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.