"XX əsrin ikinci yarısı Azərbaycan mədəniyyəti: akkultural situasiya və folklorun inteqrativ funksionallığı" mövzusunda elmi seminar keçiriləcək 02.11.2018 15:31 / KONFRANSLAR, İCLASLAR

7 noyabr 2018-ci il tarixində saat 11:00-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavərinin "XX əsrin ikinci yarısı Azərbaycan mədəniyyəti: akkultural situasiya və folklorun inteqrativ funksionallığı" mövzusunda elmi seminarı keçiriləcək.

Tədbir AMEA-nın Folklor İnstitutunun təşkilatçılığı ilə baş tutacaq.

Seminar XX əsrin ikinci yarısı, xüsusilə də 1960-1980-ci illər Azərbaycan mədəniyyətinin Qərb mədəniyyəti ilə qarşılıqlı münasibətləri kontekstində yeni akkultural situasiya, milli mədəniyyətin həmin mərhələ üçün strateji seçimi olan inteqrasiya prosesləri, onun etnomədəni sistem bütövlüyü, bu sistemdə ənənəvi mədəniyyətin, folklorun tənzimləyici parametr funksiyası və s. kimi elmi məsələlərin müzakirəsinə həsr olunur.

Ünvan: Bakı şəhəri, H.Cavid prospekti, 129.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.