Akademik Murtuza Nağıyevin anadan olmasının 110 illiyinə həsr edilən yubiley iclası keçiriləcək 25.10.2018 09:57 / KONFRANSLAR, İCLASLAR

30 oktyabr 2018-ci il tarixində saat 11:00-da AMEA-nın Əsas binasında Azərbaycanın görkəmli kimyaçı alimi, Əməkdar elm xadimi, Sosialist Əməyi Qəhrəmanı, akademik Murtuza Nağıyevin anadan olmasının 110 illiyinə həsr edilən yubiley iclası keçiriləcək.

Tədbir AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun təşkilatçılığı ilə baş tutacaq.

Ünvan: Bakı şəh., Hüseyn Cavid prospekti, 115.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.