AMEA-nın müxbir üzvü Qurban Yetirmişli “Şərəfli ömür yolu” fəxri diplomu ilə təltif edilib 25.07.2016 13:06 / KONFRANSLAR, İCLASLAR

Azərbaycan milli mətbuatının yaranmasının 141 illiyi münasibətilə “Parlamentinsəsi.tv” İnternet televiziyasının keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən AMEA Rəyasət Heyəti nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli bu qurumun redaksiya heyəti tərəfindən “Şərəfli ömür yolu” fəxri diplomu ilə təltif edilib.

Mükafat alimə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlətçilik siyasətini uğurla həyata keçirdiyinə, seysmologiya sahəsindəki xidmətlərinə, bu sahədə uzunmüddətli səmərəli fəaliyyətinə, həmçinin KİV nümayəndələri ilə dostluq münasibətlərinin inkişafındakı roluna görə verilib.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.