Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı Avropa Nüvə Tədqiqatları Mərkəzində ALICE təcrübəsinin fizika qrupunun rəhbəri seçilib 08.04.2016 19:15 / KONFRANSLAR, İCLASLAR

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Nəzəri astrofizika və kosmologiya şöbəsinin aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Anar Rüstəmov Avropa Nüvə Tədqiqatları Mərkəzində (CERN ) ALICE təcrübəsinin fizika qrupunun rəhbəri seçilib.

ALİCE təcrübəsində toplanmış məlumatların təhlili və fiziki nəticələrin alınmasına növbəti iki il ərzində azərbaycanlı alim rəhbərlik edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.