AMEA prezidenti elmi-tədqiqat proqramlarının rəhbərləri ilə görüşüb 19.01.2016 18:52 / KONFRANSLAR, İCLASLAR

Məlumdur ki, AMEA Rəyasət Heyəti tərəfindən aktual və texnoloji problemlərin həllinə yönəlmiş elmi-tədqiqat proqramlarının seçilməsi və maliyələşdirilməsi məqsədilə 2014-cü ilin 9 aprel tarixində müsabiqə elan edilmişdir. Müsabiqəyə təqdim edilmiş proqramların bir neçəsi seçilmiş və maliyələşdirilməsi tövsiyyə olunmuşdur.

Bu gün AMEA prezidenti, akademik Akif Əlizadə AMEA Rəyasət Heyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən maliyələşdirilən Akdemiyanın elmi müəssisələrində həyata keçirilən elmi-tədqiqat proqramlarının rəhbərləri ilə görüşüb.

Tədbirdə çıxış edən akademik Akif Əlizadə elmi-tədqiqat layihələrinin maliyələşmə mexanizmininə edilən dəyişikliklər haqqında məlumat verib. 2015-ci ildə Akademiyada 37 elmi-tədqiqat layihəsinin təsdiq edilərək maliyələşdirildiyini diqqətə çatdıran alim, o cümlədən həyata keçirilən layihələrin müddəti, nəzərdə tutulan vəsait və prioritet elmi-istiqamətlərdən söz açıb.

Akademiya prezidenti bildirib ki, AMEA Rəyasət Heyətinin qərarı ilə elan olunmuş elmi-tədqiqat proqramlarının müsabiqəsi elmin müxtəlif sahələrində tədqiqatların daha da genişləndirilməsinə təkan verəcək.

İclasda, həmçinin proqram rəhbərləri hesabat xarakterli çıxış edərək elmi-tədqiqat layihələrinə dair fikir və təkliflərini səsləndiriblər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir