“Amazon” şirkəti yeni cihazını təqdim edib 30.09.2020 10:41 / KONFRANSLAR, İCLASLAR

Amerikanın “Amazon” şirkəti alış-verişləri əl ilə təmassız həyata keçirməyə  imkan verən cihaz təqdim edib.

Verilən məlumata görə, yeni cihaza Amazon One adı qoyulub. Tərtibatçı onu “mağazalarda ödəniş etmək üçün sürətli, rahat və təmassız vasitə” adlandırıb. Şirkət əlavə olaraq bildirib  ki, istehlakçılar Amazon One-dan istifadə edərək Amazon Go mağazalarında da alış-veriş edə biləcəklər.

Qeydiyyatdan keçmək üçün alıcı kredit kartını cihaza taxmalı, sonra isə toxunmadan əlini cihaza yaxınlaşdırmalıdır. Bununla da, sistem kredit kartının nömrəsini yadda saxlamış olur. Sözügedən  prosedur bir dəqiqədən az vaxt alır və hələki yalnız Vaşinqton ştatının Sietl şəhərində keçərlidir.

Cihazın sayəsində alıcı mağazalara gedərkən üstündə bank kartlarını götürməli olmayacaq. “Amazon” bu texnologiyanı “yaxın aylarda” digər ticarət nöqtələrində tətbiq etməyi planlaşdırır.