Kimyaçı alimlər Azərbaycan Silahlı Qüvvələri ilə birlik nümayiş etdirirlər 29.09.2020 10:38 / KONFRANSLAR, İCLASLAR

AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun kollektivi son günlər Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təxribata layiqli cavab verən Azərbaycan Silahlı Qüvvələrinə dəstək nümayiş etdirən iclas keçiriblər.

İclasda elmi müəssisənin direktoru, akademik Vaqif Fərzəliyev Azərbaycanın müzəffər ordusunun qələbə xəbərlərinin davamlı olacağını qeyd edib. Vurğulayıb ki, bu həssas dönəm hər kəsin, o cümlədən alimlərin öz sahəsində ikiqat çalışmasını tələb edir: “Biz elmi müəssisə olaraq öz fəaliyyətimizi genişləndirməliyik. Ehtiyac yarandığı zaman bizə veriləcək strateji tapşırıqları yüksək səviyyədə yerinə yetirməyə hazır olmalıyıq”.

Diqqətə çatdırılıb ki, düşmən qüvvələrinin ağır itkilərə məruz qalması Azərbaycan ordusunun yüksək döyüş hazırlığının, ordu-xalq, xalq-Ali Baş Komandan birliyinin məntiqi nəticəsidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.