Herpes virusunun müalicəsində yeni üsul 30.07.2020 17:36 / KONFRANSLAR, İCLASLAR

İsveçin Lund Universitetinin alimləri insanlarda tez-tez rast gəlinən herpes virusunun müalicəsi üçün yeni üsul kəşf ediblər. Belə ki, yeni geniş spektrli üsul virus züllalarını deyil, virusun genomundakı fiziki xüsusiyyətləri hədəf alır.

Müalicə virusun zülal qabığına nüfuz edən və genlərin virusu hüceyrəyə bulaşması üçün tərk etməsinə mane olan yeni molekullardan ibarətdir.

news-medical.net saytı xəbər verir ki, yeni molekullar müqavimətə səbəb olmur və virusun genomundakı mutasiyalardan asılı olmayaraq hərəkət edir.

Tədqiqatın nəticələri "PLOS Pathogenes" jurnalında dərc olunub.