Fəlsəfə və Sosiologiya İnstitutunun alimlərinin məqalələri beynəlxalq topluda dərc edilib 30.07.2020 12:57 / KONFRANSLAR, İCLASLAR

2019-cu ildə Bolqarıstanda səkkiz ölkənin iştirakı ilə “Müasir fəlsəfə: Avropa və Qara dəniz ölkələrində mədəni, təhsil və elmi siyasət” mövzusunda keçirilmiş II beynəlxalq elmi konfransın materialları toplu halında çapdan çıxıb.

Topluda Azərbaycan alimlərinin də məqalələri yer alıb.

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə, müəssisənin elmi katibi, fəlsəfə üzrə fəlsəfə doktoru Sevinc Həsənova və Beynəlxalq əlaqələr şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Zöhrə Əliyevanın məqalələri topluda dərc edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.