Torpaqşünaslıq və Aqrokimya İnstitutu Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə layihə icra edir 30.06.2020 16:27 / KONFRANSLAR, İCLASLAR

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu və AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ərazisində landşaftın sağlamlaşdırılması məqsədilə müqavilə bağlanıb. 

Müqaviləyə əsasən hava limanı ərazisində torpaqların münbitləşdirilməsi və müasir aqrotexniki qaydalara uyğun olaraq davamlı yaşıl örtüyün yaradılması əsas hədəflərdəndir. Tədqiqatlar zamanı yaradılacaq yaşıl örtüyün sabit mənbədən suvarma suyu ilə təmin edilməsinin mümkünlüyü araşdırılır. Bu məqsədlə müəssisənin əməkdaşları Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ərazisində olub, monitorinqlər aparıb, torpaq və su nümunələri götürüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.