Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda magistr işləri müzakirə olunub 30.06.2020 13:00 / KONFRANSLAR, İCLASLAR

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təhsil alan II kurs magistrantların dissertasiya işlərinin onlayn müdafiəsi keçirilib.

Müdafiəyə “Suyun reduksiyası prosesi üçün nikel və kobalt əsasında elektrod materialların sintezi”, “Qalay və qurğuşun sulfidlərinin lantonoidli üçlü birləşmələrinin sintezi və quruluşunun tədqiqi”, “Levofloksasinin immobilizasiyası üçün xitozan və poli-4-vinilpiridin əsasında polimer nanogellərin sintezi və tədqiqi”, “Dəmirin kompleksləri əsasında biomimetrik katalizatorun sintezinə multidissiplinar yanaşma” və “Metanolun katalitik oksidləşməsi prosesinin riyazi modelləşdirilməsi və texnoloji parametrlərinin hesablanması” mövzularında dissertasiya işləri təqdim olunub.

Magistrantlar AMEA-nın müxbir üzvləri Məhəmməd BabanlıBəxtiyar Məmmədovun sədrlik etdiyi İxtisaslaşdırılmış şuralarda magistr buraxılış işləri barədə çıxış ediblər.

Müzakirələr zamanı suallar cavablandırılıb, dissertasiya işlərinin aktuallığı, iddiaçıların təqdimat və tədqiqatçılıq bacarıqları təhlil olunub, gənclərə magistr elmi-ixtisas dərəcəsinin verilməsi haqqında qərar qəbul edilib.

Qeyd edək ki, onlayn iclasda, həmçinin AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Fail Kazımov və Magistratura şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev də iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.