Coğrafiyaçı alim fəlakət risklərinin azaldılması üzrə iclasın iştirakçısı olub 29.06.2020 12:09 / KONFRANSLAR, İCLASLAR

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri, Azərbaycanın ilk dəfə çoxparametrli məlumatlar əsasında tərtib edilmiş iri miqyaslı rəqəmsal ekoloji risklər xəritəsinin həmmüəllifi, coğrafiya elmləri üzrə fəlsəfə doktoru, dosent Mirnuh İsmayılov “Fəlakət risklərinin azaldılması üzrə Senday çərçivə sənədinə dair Milli Strategiyanın yaradılması” ilə bağlı əlaqələndirmə qrupunun onlayn iclasında iştirak edib.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşəbbüsü ilə keçirilən iclasda bir sıra dövlət qrumları və nazirliklərin, eləcə də AMEA-nın nümayəndələri iştirak ediblər.

Tədbirdə Senday çərçivə proqramına dair veb-saytın təqdimından sonra çərçivə sənədinə dair Milli Strategiyanın yaradılması və hazırlanma mərhələlərinə dair müzakirələr aparılıb. Həmçinin müvafiq dövlət qurumları nümayəndələrinin təklifləri dinlənilib və maraq doğuran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.