Çin naviqasiya sisteminin son peykini orbitə çıxarıb 29.06.2020 11:55 / KONFRANSLAR, İCLASLAR

Çin “Beidou” naviqasiya sisteminin 55-ci peykini orbitə çıxarıb.

tass.ru saytının məlumatına görə, peykin buraxılışı “Çançjen-3-Bi” raketdaşıyıcısının köməyi ilə Siçanq kosmodromundan həyata keçirilib.

Peykin buraxılışı Çin televiziyası ilə yayımlanıb. Yoxlamalardan sonra peyk öz işinə başlayacaq. Sistemin digər aparatları ilə birgə yeni peyk Çinə dünyada naviqasiya, mövqeyi təyinetmə və bir sıra başqa əməliyyatları həyata keçirməyə imkan verəcək.

Qeyd edək ki, Çin 2000-ci ildən etibarən kommersiya istifadəsi üçün öz qlobal naviqasiya sistemini yaradır. Mütəxəssislər bildiriblər ki, hazırda orbitdə fəaliyyət göstərən 3 nəsil kosmik aparatlar (BDS-1, BDS-2 və BDS-3) dəqiq mövqeyi təyinetməyə imkan verir.