Ədəbiyyat İnstitutunda dezinfeksiya işləri aparılıb 29.06.2020 11:05 / KONFRANSLAR, İCLASLAR

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda pandemiya dövrünün tələblərinə uyğun olaraq sanitar-dezinfeksiya işləri aparılıb.

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə bu elmi müəssisənin bütün otaqları, şöbələri və dəhlizləri dezinfeksiya edilib.

Xatırladaq ki, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin koronavirusla bağlı profilaktik tədbirlər haqqında sərəncamına uyğun olaraq, akademiyada sanitar-dezinfeksiya və digər qabaqlayıcı işlər həyata keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.