“AZTV” kanalında xalq təbabətindən istifadə edərək koronavirusdan qorunma yollarına dair reportaj yayımlanıb 12.06.2020 14:31 / KONFRANSLAR, İCLASLAR

“AZTV” kanalında xalq təbabətindən istifadə edərək koronavirusdan qorunma yollarına dair yayımlanmış reportajda AMEA-nın Dendrologiya İnstitutunda bu istiqamətdə aparılan tədqiqatlar barədə məlumat verilib.

Dendrologiya İnstitutunun doktorantı, elmi işçi Vüsalə Bədəlova immunitetin gücləndirilməsi yollarından bəhs edib, immun sisteminə müsbət təsir edən və emosional gərginliyi aradan qaldıran melissa, lavanda, mersin, rozmarin bitkiləri haqqında danışıb. O, həmçinin Passiflora incarnata bitkisinin quru otundan dəmləmə şəklində istifadənin böyük effektə malik olacağını söyləyib.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov isə qurumda antibakterial xüsusiyyətlərə və sedativ təsirə malik 100-dən çox bitki növünün yetişdirildiyini vurğulayıb. Bildirib ki, boş ərazilərdə bu bitkilərin təbii yolla çoxaldılması ölkəmizdə biomüxtəlifliyin artırılmasına səbəb olmaqla yanaşı, dərman bitkilərinə olan təlabatın qarşılanmasına da imkan verəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.