Tanınmış alim “COVID-19 üçlüyü: immunitet, iltihab və müdaxilə” mövzusunda onlayn ustad dərsi keçəcək 19.05.2020 10:05 / KONFRANSLAR, İCLASLAR

Koreya Respublikasının Pusan Milli Universitetinin tədqiqatçı professoru, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Beynəlxalq proteomiks laboratoriyasının müdiri, b.ü.f.d. İsmayıl Zülfüqarov mayın 20-də “COVID-19 üçlüyü: immunitet, iltihab və müdaxilə” mövzusunda onlayn ustad dərsi keçəcək.

Bakı Dövlət Universitetinin tələbələri üçün nəzərdə tutulan ustad dərsi “Microsoft Teams” platforması üzərindən təşkil olunacaq.

Virtual ustad dərsində iştirak etmək istəyən şəxslərin mayın 19-u saat 17:00-dək eshukurov@bsu.edu.az ünvanına müraciət etməsi xahiş olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.