Azərbaycan alimi onlayn beynəlxalq konfransda iştirak edib 04.05.2020 11:22 / KONFRANSLAR, İCLASLAR

AMEA-nın Radiasiya Problemləri İnstitutunun Radiokimya laboratoriyasının rəhbəri, kimya elmləri doktoru Xaqani Məmmədov onlayn beynəlxalq konfransda iştirak edib.

ABŞ-ın Birləşmiş Elm Qrupunun təşkil etdiyi “Onlayn neft mühəndisliyi toplantısı” adlı beynəlxalq konfransda Azərbaycanla yanaşı, ABŞ, Böyük Britaniya, Çin, Rusiya, Hindistan, İraq və Nigeriyadan dəvət edilmiş alim və sahə mühəndisləri iştirak ediblər.

Tədbirdə “Neft fontanı yanğınının söndürülməsinin effektiv metodu” mövzusunda məruzə ilə çıxış edən X.Məmmədov neft fontanı yanğınının söndürülməsi üçün effektiv metod ilə bağlı məlumat verib.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb. Müzakirələrdə iştirakçı nümayəndələr tərəfindən bütün neft istehsalı sahələrində elmi əsasları işlənib hazırlanmış metod əsasında pilot və sənaye səviyyələrində müvafiq qurğuların hazırlanmasının məqsədəuyğunluğu vurğulanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.