“Sərhədsiz elm: Xəzər perspektivi” mövzusunda beynəlxalq forum keçiriləcək 12.03.2020 17:40 / KONFRANSLAR, İCLASLAR

AMEA və Rusiya Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə 18-24 oktyabr 2020-ci il tarixlərində Bakıda “Sərhədsiz elm: Xəzər perspektivi” mövzusunda beynəlxalq forum keçiriləcək.

Tədbir Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında razılaşdırılmış “2020-ci ildə birgə Tədbirlər Planı”na əsasən baş tutacaq.

Forum Xəzəryanı dövlətlərin (Azərbaycan Respublikası, Rusiya Federasiyası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Türkmənistan) əhəmiyyətli elmi potensialına əsaslanaraq, elmi tədqiqat işləri üzrə imkanlar və metodologiyaya dair əlaqələndirilmiş və əhatəli yanaşmanın inkişaf etdirilməsinə, Xəzərdə təbii ehtiyatların mühafizəsi və davamlı istifadəsi üzrə strategiyaların işlənib hazırlanmasına böyük töhfələr verəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.