Dilçilik İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir 06.03.2020 11:18 / KONFRANSLAR, İCLASLAR

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir. Vakant yerlər müəssisənin Terminologiya şöbəsinə böyük elmi işçi, Nəzəri dilçilik şöbəsinə baş elmi işçi, Azərbaycan dialektologiyası şöbəsinə böyük elmi işçi və Türk dilləri şöbəsinə elmi işçi vəzifələrinə 1 yerdir.

Müsabiqədə fəlsəfə doktorları və elmlər doktorları iştirak edə bilərlər. 

Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən etibarən 1 ay müddətində elmi katibliyə təqdim edilməlidir.

Ünvan: AZ1073, Bakı şəhəri, H.Cavid prospekti, 115

Tel.: (+994 12) 537 20 88

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.