Məktəblilər Aşqarlar Kimyası İnstitutunda tədqiqat aparıblar 14.02.2020 09:55 / KONFRANSLAR, İCLASLAR

“Sabahın alimləri” IX Respublika Müsabiqəsinə “Tibb və sağlamlıq” bölməsi üzrə qoşulan Mingəçevir şəhər 16 nömrəli orta məktəbin şagirdləri Raya Həsənli və Sevil Əsgərlinin elmi rəhbərləri AMEA Aşqarlar Kimyası İnstitutunun (AKİ) əməkdaşlarıdır.

Müsabiqəyə “Acı badamdan müalicəvi badam yağının alınması” layihəsi ilə qatılan şagirdlər elmi rəhbərlərinin ­– AKİ-nin laboratoriya müdiri, kimya elmləri doktoru Əfsun Sucayev və institutun elmi işçisi Mirəli İsakovun rəhbərliyi altında laboratoriya şəraitində yağın alınma texnologiyasını öyrəniblər.

Layihənin məqsədi ölkəmizdə yabanı bitən acı badam meyvəsindən müalicəvi badam yağının alınması texnologiyasının hazırlanmasıdır. Gənc araşdırmaçılar laboratoriya şəraitində bu yağla bağlı geniş tədqiqatlar aparıblar. 

Əldə olunan nəticələr təsdiq edir ki, acı badamdan alınan yağ geniş funksional keyfiyyət göstəricilərinə malikdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.