AMEA-da Beynəlxalq Ana Dili Günü qeyd olunacaq 13.02.2020 10:29 / KONFRANSLAR, İCLASLAR

Fevralın 19-da saat 11:00-da AMEA-nın Əsas binasında Beynəlxalq Ana Dili Gününə həsr olunan elmi sessiya keçiriləcək.

Nəsimi adına Dilçilik İnstitutu tərəfindən təşkil olunacaq tədbirdə "Ana dilimizi - Azərbaycan dilini dünyada tanıdaq", "Azərbaycan dilinin poetik imkanları", "Ana dili mənəvi varlığımızdır" və digər mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

Ünvan: Bakı şəh., H.Cavid prospekti, 117

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.