Azərbaycan alimləri dünya elmi üçün yeni məlumat əldə ediblər 14.01.2020 14:49 / KONFRANSLAR, İCLASLAR

AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova, müəssisənin elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədov, həmin qurumun böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Gülnarə Balakişiyeva və fransalı professor Xavier Foissacın birgə apardıqları tədqiqatlar nəticəsində dünya elmi üçün yeni məlumat əldə edilib.

Tədqiqatlar zamanı Azərbaycanda “Candidatus Phytoplazma solani” fitopatogeninin həşərat vektorları “mtCOI mitoxondri” markeri vasitəsilə barkodlaşdırma əsasında identifikasiya olunub. Müəyyən edilib ki, bu fitoplazma növü “Hyalestes obsoletus” və “Reptalus noahi” həşəratları vasitəsilə yayılır.

Qeyd edək ki, əldə olunan nəticə “Reptalus noahi” həşərat növünün “Candidatus Phytoplazma solani” fitoplazmasını yayması haqqında dünyada ilk məlumatdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.