Əlyazmalar İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edib 07.01.2020 16:25 / KONFRANSLAR, İCLASLAR

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edib.

Vakant yerlər institutun Türkdilli əlyazmaların tədqiqi şöbəsində böyük elmi işçi (1 yer), Farsdilli əlyazmaların tədqiqi şöbəsində böyük elmi işçi (1 yer), Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsində böyük elmi işçi (2 yer), Şəxsi arxivlərin tədqiqi şöbəsində böyük elmi işçi (2 yer), Elmi fondlar şöbəsində böyük elmi işçi (1 yer), Təhsil şöbəsində böyük elmi işçi (1 yer) vəzifələrinədir.

Müsabiqədə uyğun ixtisaslar üzrə ali təhsilli və elmi tədqiqatlar aparan, müvafiq elm sahələri üzrə elmi dərəcəsi olan və elmi nəticələri nüfuzlu jurnallarda dərc olunan, iş təcrübəsinə malik ixtisaslı mütəxəssislər iştirak edə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.