Qış fəslinin Azərbaycana gəlmə vaxtı açıqlanıb 02.12.2019 10:43 / KONFRANSLAR, İCLASLAR

Bu il qış fəslinin Azərbaycana daxil olacağı vaxt məlum olub. Bu barədə AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov məlumat verib.

Onun sözlərinə görə, qış fəslinin Azərbaycana gəlişi dekabrın 22-si Bakı vaxtı ilə saat 08:19-da baş verəcək. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirəcək və ya Günəş həmin an üfüqdən minimum hündürlükdə olacaq. Həmin gün ən qısa gündüz, ən uzun gecə qeydə alınacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.