Görkəmli dilçi alim Miryusif Mirbabayevin 130 illik yubileyi qeyd olunacaq 18.11.2019 12:38 / KONFRANSLAR, İCLASLAR

Noyabrın 20-də saat 11:00-da AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda görkəmli dilçi alim Miryusif Mirbabayevin anadan olmasının 130-cu ildönümü ilə bağlı dəyirmi masa keçiriləcək.

Tədbirdə Miryusif Mirbabayevin həyat və yaradıcılığı, Azərbaycan lüğətçiliyinin inkişafında rolu, alimin tərtib etdiyi “Farsca-Azərbaycanca-rusca lüğət”i mövzularında məruzələr dinləniləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.