YAP Abşeron Gənclər Birliyinin üzvləri Yüksək Texnologiyalar Parkında olublar 14.11.2019 12:01 / KONFRANSLAR, İCLASLAR

Yeni Azərbaycan Partiyası (YAP) Abşeron Gənclər Birliyinin fəal üzvləri AMEA-nın Yüksək Texnologiyalar Parkını (YT Park) ziyarət ediblər.

Qonaqlar əvvəlcə beynəlxalq standartlara cavab verən, akkreditasiyadan keçmiş AMEA Strateji Elmi Analitik Sınaq Mərkəzi (SEASM) ilə tanış olublar. Onlara laboratoriyanın imkanları, burada göstərilən xidmətlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, SEASM-in məqsədi AMEA-nın elmi müəssisə və təşkilatlarının balansında olan, müasir tələblərə cavab verən elmi avadanlıq, cihaz və digər vasitələrdən elmi tədqiqatların aparılmasında və yeni texnologiyaların işlənməsində səmərəli istifadə olunması üçün onların vahid mərkəzdə cəmləşdirilməsi, qaz, neft və neft-kimya məhsullarının sınaqlarının yüksək səviyyədə aparılmasıdır.

Gənclər, həmçinin YT Parkın rezidentləri - “Elm və Texnologiya Parkı” MMC, “Millers Oils Azərbaycan” MMC və “AMEA Təcrübə-Sənaye Zavodu” MMC-nin istehsal sahələrində pilotsuz uçan aparatlar, o cümlədən yüksək standartlara cavab verən sürtkü yağları ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.