Doktorant və dissertantlar “Web of Science” məlumat bazasından istifadə qaydaları barədə məlumatlandırılıb 13.11.2019 16:47 / KONFRANSLAR, İCLASLAR

Bu gün AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Clarivate Analytics” məlumat platformasından səmərəli istifadə yolları və beynəlxalq indeksli elmi jurnalllarda dərc olunmaq qaydaları haqqında növbəti seminar keçirilib.

Seminarda Humanitar Elmlər Bölməsinin müvafiq institutlarının əməkdaşları, həmçinin muzeyin doktorant və dissertantları iştirak ediblər.

Tədbirdə “Clarivate Analytics” şirkətinin elmi informasiya resursları üzrə eksperti, linqvistika üzrə fəlsəfə doktoru Valeriya Kurmakaeva “Web of Science” məlumat bazasının humanitar elmlər üzrə jurnalları ilə işləmək, onların seçim meyarları, “yırtıcı” jurnallarla mübarizə, məqalələrin düzgün adlandırılması və struktur quruluşu, eləcə də impakt faktorlu (JCR) jurnallar, istinad üzrə reytinq səviyyəsi və s. haqqında məlumat verib.

Sonda V.Kurmakaeva iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.