Azərbaycanlı alim Beynəlxalq Aytmatov Akademiyasının akademiki seçilib 08.11.2019 14:49 / KONFRANSLAR, İCLASLAR

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Qırğız-Azərbaycan ədəbi, mədəni əlaqələrinin inkişafındakı xidmətlərinə görə Beynəlxalq Aytmatov Akademiyasının akademiki seçilib.

Qırğızıstan Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru Nurzhan Narnbaeva bu gün “Qayaüstü mədəniyyət: mif, rəsm və dünya” mövzusunda Bakıda  keçirilən elmi seminarda akademiyanın diplomunu İ.Həbibbəyliyə təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.