Azərbaycanlı alimlərin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc edilib 08.11.2019 11:04 / KONFRANSLAR, İCLASLAR

Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Vaqif Quliyev və həmin müəssisənin aparıcı elmi işçisi, AMEA-nın professoru Rövşən Bəndəliyevin I Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində həmmüəllifi olduğu məqalə çapdan çıxıb.

Məqalə “Clarivate Analytics” beynəlxalq bazasında referatlaşdırılmış “Mathematical Notes” yüksək impakt faktorlu Q3 kateqoriyalı jurnalda dərc edilib.

“Dəyişən dərəcəli Morri fəzalarında daxilolma teoremləri” adlı məqalədə dəyişən dərəcəli Morri fəzalarında daxilolma teoremləri öyrənilib. Belə ki, dəyişən dərəcəli Morri fəzaları arasında daxilolmanı xarakterizə edən meyar alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.