Azərbaycanlı alim Rusiyada akademik Vladimir Komarovun 150 illik yubileyinə həsr olunan tədirdə iştirak edib 28.10.2019 15:03 / KONFRANSLAR, İCLASLAR

AMEA Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə Rusiya Elmlər Akademiyasının V.İ.Komarov adına Botanika İnstitutunun direktoru, professor Dmitriy Geltmanın dəvətilə Sankt-Peterburq şəhərində keçirilən “Müasir botanikada innovasiya və ənənələr” adlı beynəlxalq konfransda iştirak edib.

Beynəlxalq tədbir botanika elminin görkəmli tarixçisi, akademik Vladimir Komarovun 150 illik yubileyinə həsr olunub.

Konfransda V.Əlizadənin “Azərbaycanda biomüxtəliflik və ekosistem xidmətlərinin qiymətləndirilməsi” mövzusunda məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Azərbaycanlı alim, həmçinin elmi müzakirələrdə fəal iştirak edib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.