Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda beynəlxalq seminar keçirilib 21.10.2019 09:50 / KONFRANSLAR, İCLASLAR

Yaponiyanın Osaka Universitetinin və İran İslam Respublikasının Zəncan Tibb Universitetinin doktoru Saeed Kaboli AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun qonağı olub.

Tədqiqatçı alim AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İradə Hüseynova və müəssisə əməkdaşlarının iştirak etdiyi seminarda “Müasir biologiyada CRİSPR sisteminin tətbiqi” mövzusunda çıxış edib, sualları cavablandırıb.

Qeyd edək ki, S.Kaboli 1998-2002-ci illərdə Zəncan Universitetində “Hüceyrə və molekulyar biologiya” üzrə bakalavr dərəcəsini bitirib. O, 2004-2008-ci illərdə Mazandaran Tibb Elmləri Universitetində “Tibbi mikologiya”, 2009-2011-ci illərdə isə Yaponiyanın Osaka Universitetində “Mikrobioloji biologiya” üzrə magistr dərəcələrini alıb. Alim 2014-cü ildə Osaka Universitetində həmin ixtisas üzrə doktorluq dissertasiyasını müdafiə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.