Azərbaycanlı alim Türkiyədə keçirilən konfransda iştirak edib 08.10.2019 10:44 / KONFRANSLAR, İCLASLAR

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən “Natural-2019” Beynəlxalq Avrasiya konfransında iştirak edib.

Kənd təsərrüfatı və təbii qidalanmaya həsr olunan tədbir “Doğal-2015” zirvəsinin ildönümü ilə əlaqədar baş tutub.

Ə.Quliyev konfransda “Üzvi tullantıların təkrar emalı və Azərbaycanın kənd təsərrüfatında istifadə vəziyyəti” mövzusunda məruzə ilə çıxış edib. Azərbaycanlı alim konfransın ölkələr arasında elmi əlaqələrin yaranmasına, möhkəmlənməsinə və gələcək əməkdaşlığa təkan verəcəyini söyləyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.