Fizika İnstitutunun əməkdaşları “Web of Science” elmi bazasından istifadə qaydaları barədə məlumatlandırılıb 01.10.2019 14:26 / KONFRANSLAR, İCLASLAR

“Clarivate analytics” agentliyi tərəfindən AMEA-nın Fizika İnstitutunun əməkdaşları üçün seminar keçirilib. 

Tədbirdə qurumun mütəxəssisi İneş Kenjina çıxış edərək 2016-cı ilin oktyabr ayında AMEA ilə “Clarivate analytics” arasında əməkdaşlıq müqaviləsinin imzalandığını xatırladıb. O, müqaviləyə əsasən, AMEA-nın elmi müəssisə və təşkilatlarının agentliyin bibliometrik şəbəkəsi olan “Web of Science”dan istifadə imkanı əldə etdiklərini söyləyib.

İ.Kenjina daha sonra “Web of Science” platformasından istifadə qaydaları və bura daxil olan jurnallarda məqalələrin dərcinə dair tələblər haqqında məlumat verib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.