Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları yırtıcı jurnallarla mübarizədə maarifləndiriliblər 01.10.2019 09:47 / KONFRANSLAR, İCLASLAR

AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunda “Clarivate Analytics” agentliyi tərəfindən “Beynəlxalq elmi jurnallarda məqalələrin yazılmasına dair tövsiyələr” və “Yırtıcı jurnallarla mübarizə” mövzularına həsr olunan seminar keçirilib.

Seminarı institutun şöbə müdiri, professor Leylufər Əliyeva açaraq agentliyin fəaliyyəti haqqında iştirakçılara məlumat verib.

Sonra “Clarivate Analytics”in elmi informasiya resursları üzrə eksperti İneş Kenjina “Web of Science” platformasındakı jurnallar, dərc ediləcək məqalələrə dair tələblər, seçim meyarları və digər praktik məsələlərdən danışıb.

Sonda məruzəçi mövzu ətrafında sualları cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.