Axın və süzülmələrdə elektrokinetik yaranmalar və onların texnoloji proseslərdə roluna dair müzakirələr aparılıb 26.09.2019 14:35 / KONFRANSLAR, İCLASLAR

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda (RMİ) növbəti ümuminstitut seminarı keçirilib.

Tədbirdə RMİ-nin Maye və qaz mexanikası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Qeylani Pənahovun “Axın və süzülmələrdə elektrokinetik yaranmalar, onların texnoloji proseslərdə rolunun qiymətləndirilməsi” mövzusunda məruzəsi dinlənilib.

Məruzədə boru kəmərlərində və məsaməli mühitlərdə axınlarda yaranan elektrokinetik proseslərin hidrodinamik parametrlərdə rolundan bəhs olunub, neftçıxarmada texnoloji həllərdə onun vacib şərt kimi istifadəsi əsaslandırılıb. Dispers sistemlərdə yaranan elektroözlülük effektinin axınlarda hidravliki xarakteristikalara və laylarda sıxışdırma prosesində mayelərdə özlülüklərdə əmələ gələn qeyri-stabilliklərin tənzimləmə şərtləri tapılıb.

Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.